İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəxslər cərimələnəcək

Azərbaycanda qiymətli daşların və onlardan hazırlanan məhsulların nağdsız qaydada satılmasına görə maliyyə sanksiyasının tətbiq olunması təklif edilir.

Musavat.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, bununla əlaqədar Vergi Məcəlləsində, "Nağdsız hesablaşmalar haqqında" qanuna uyğun olaraq dəyişiklik edilməsi nəzərdə tutulur.

"Dəyişikliklərə səbəb Avropa Şurasının MONEYVAL komitəsinin tələbidir", - deyə vergi rəsmisi qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

16 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR