İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu şəxsiyyətin irsini doğru öyrənməliyik" - Fazil Mustafa Rəsulzadədən DANIŞDI

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadə haqqında danışıb. 

Musavat.com xəbər verir ki, millət vəkili Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunmasını dövlətin ona verdiyi dəyər kimi qiymətləndirib. 

Tədbirdə Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Azərbaycanın Əməkdar rəssamı, prezident təqaüdçüsü Rais Rəsulzadə də iştirak edib.

Fazil Mustafa qeyd edib ki, Rais Rəsulzadə Azərbaycanda fiziki baxımdan Məhəmməd Əmin Rəsulzadə obrazını yaşadan bir şəxsiyyətdir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalamışdı. 

Millət vəkili Fazil Mustafanın sözügedən çıxışını təqdim edirik:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR