İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəhərdə üztanıma funksiyası olan işıqfor quraşdırılıb - FOTO

Rusiyanın paytaxtı Moskvada üztanıma kamerası olan işıqforun prototipini sınaqdan keçiriblər.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, məqsəd piyadaların qayda pozuntularını qeydə ala bilməkdir. Cihaz Berejkovskaya sahilində sınaqdan keçirilib.

Fotoçəkiliş piyadanın hərəkət izini və işıqforun siqnalını göstərməyi nəzərdə tutur. Əgər piyada yol hərəkəti qaydalarını pozarsa, onun şəkli (şəxsiyyəti müəyyən edilmədən) pozuntunun baş verdiyi yerin yaxınlığında yerləşən elektron məlumat lövhəsinə ötürülür.

Rusiya Yol Polisinin rəsmi açıqlamasında bildirilib ki, yol hərəkəti qaydalarını pozan piyadaların inzibati məsuliyyətə cəlb edilməsi üçün bütün vətəndaşların biometrik məlumatları olmalıdır.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR