Onlayn ictimai-siyasi qəzet
Xüsusilə səhər yeməyində faydalı məhsullara deyil, şokolad və şirniyyatlara üstünlük verən insanlara pis xəbərimiz var. Səhərlər şirniyyat yemək qəti olmaz, çünki bu "səhər ritualı" cəlbediciliyinizi azaldır.
Endokrinoloq Zuxra Pavlova bu barədə öz teleqram kanalında fransız alimlərinin tədqiqatlarına əsaslanaraq məlumat verib.
Tədqiqatda iki qrupa bölünən 104 nəfər (52 qadın, 52 kişi) iştirak edib: birincisi yüksək qlisemik indeksli, ikincisi isə az kalorili və faydalı qidalar yeyib. Bundan sonra hər iki qrup rəqiblərinin fotolarını qiymətləndiriblər. Nəticələr səhər yeməyində şirniyyat yeyən iştirakçıların daha az cəlbedici göründüyünü ortaya qoyub. Üstəlik, elm adamları böyük ehtimalla problemin bədənin, xüsusən də üzün sürətlə qocaldığını irəli sürüblər.
"Sübut olunub ki, təmizlənmiş karbohidratların həddindən artıq istehlakı piylənməyə, II tip şəkərli diabetə, depressiyaya və ürək-damar xəstəliklərinə gətirib çıxarır. Rafine olunmuş karbohidratlar şirniyyatlarda, çörək məmulatlarında, yüksək keyfiyyətli buğda unu, pasta və makaronlarda olur", - Pavlova əlavə edib.
Mütəxəssisin fikrincə, belə karbohidratların təhlükəsi göz qabağındadır - sürətli həzm olunması səbəbindən asılılıq yaradır və bu növ səhər yeməyi sizi enerji ilə doldurmayacaq, əksinə, yorğunluq və daha güclü aclıq hissi yaradacaq. O, səhər yeməyi menyusuna omlet, istənilən tərəvəz ilə qaynadılmış yumurta salatı, tam taxıl çörəyində sendviç və qaynadılmış toyuq əti əlavə etməyi tövsiyə edib.**Publika.az
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ