İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu səfər Fransa-Azərbaycan münasibətlərində ciddi dəyişikliklərə səbəb olmayacaq”

“Fransa Ermənistanla bağlı mövqeyində və Azərbaycana qarşı həyata keçirdiyi çirkin siyasi hücumlardan hələ də əl çəkmir”

“Katrin Kolonnanın Azərbaycana səfəri Fransa-Azərbaycan münasibətlərində hər-hansı ciddi dəyişikliyə səbəb olmayacaq”.

Siyasi şərhçi Tural İsmayılov bu fikirləri 26-28 aprel tarixlərində Fransa XİN rəhbərinin Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana gözlənilən səfərini Musavat.com-a şərh edərkən söyləyib.

tural.jpg (232 KB)

Ekspertin sözlərinə görə, bu gün Fransanın həyata keçirdiyi siyasət Fransa-Azərbaycan münasibətlərini kifayət qədər zədələyib: “Ölkələr arasında vəziyyətin pisləşməsinin Azərbaycana siyasi-iqtisadi təsirləri demək olar ki, yoxdur. Lakin Fransa bu məsələdə özü böyük itkilərə məruz qalır. Çünki Azərbaycanla Avropa Komissiyası arasında enerji təhlükəsizliyinə dair saziş imzalanıb və Azərbaycan bu gün Qərbin enerji təhlükəsizliyində vacib əhəmiyyətə malikdir”.

T.İsmayılov xatırladıb ki, Rusiya-Ukrayna savaşının davam etməsi fonunda Fransa ciddi enerji böhran ilə üzləşib: “Ona görə də Fransa Xarici İşlər Nazirinin Bakıya səfərinin məqsədini daha çox Bakıdan “dilənmək” və enerji məsələsində Azərbaycanla razılığa gəlmək olduğunu düşünürəm”. Politoloq istisna etmir ki, Fransa Xarici İşlər Nazirinin Ermənistanda növbəti təxribatçı açıqlamaları da ola bilər: “Bu səfər Fransa-Azərbaycan münasibətlərində hansısa ciddi dəyişikliklərə səbəb olmayacaq. Çünki Fransa Ermənistanla bağlı mövqeyində və Azərbaycana qarşı həyata keçirdiyi çirkin siyasi hücumlardan hələ də əl çəkmir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR