İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu rayonda qızılcaya yoluxmada yenidən artım olub - 493 nəfər...

Cəlilabad rayonunda qızılca virusuna yoluxma sayında yenidən artım qeydə alınır.

Cəlilabad rayonunda noyabr ayından bugünədək 493 nəfər qızılcaya yoluxub. Yoluxanlardan 18 yaşdan kiçiklər 318 nəfər, 18 yaşdan böyüklər isə 175 nəfər təşkil edir.

Hazırda aktiv xəstə sayı 47 nəfərdir. Xəstələrdən 3-ü stasionar şəraitdə müalicə olunur.

Rayon üzrə ötən ilin dekabrın 1-dən QPM peyvəndi vurulan uşaqların sayı 2 332 nəfərdir. Fevralın 9-u QPM peyvəndi 23 azyaşlıya vurulub.

Qeyd edək ki, fevralın 9-u 13 nəfər bu virusa yoluxub. Sonuncu dəfə virusa gündəlik yoluxma 5 nəfər olub. (Report)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR