Onlayn ictimai-siyasi qəzet
Paşinyan iqtidarı iş adamı Samvel Karapetyana aid olduğu deyilən “Ermənistan Elektrik Şəbəkələri” şirkətini (ENA) geri aldıqlarını və hər şeyin qaydasında olduğunu göstərməyə çalışsa da, əslində daxildə vəziyyət kifayət qədər gərgindir.
Musavat.com erməni mediasına istinadla xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb.
“Bizim mənbələr bildirir ki, Nikol Paşinyan Romanos Petrosyanı dörd aylıq müddətə ENA-ya müdir təyin edib. Lakin Arbitraj Məhkəməsinin qərarı bütün planları alt-üst etdi.
Məhkəmə təcili yekun qərar çıxara bilər və bu halda Petrosyanın bütün addımları puç ola, o isə ENA-dan əliboş qayıtmağa məcbur qala bilər. Hazırda hakimiyyət orqanları bu problemlərin həllini sürətləndirmək yolları axtarır, lakin hələlik uğur əldə edilməyib.
Xatırladaq ki, fövqəladə hallar üzrə arbitraj hakimi Patrik Lindfors Ermənistan Respublikasından ENA-nın idarəedici orqanlarının tərkibini dəyişdirməmək, onun nizamnaməsini dəyişdirməmək, ENA-ya müvəqqəti idarəçi təyin etməmək, onun lisenziyalarını ləğv etməmək tələbəni irəli sürüb.
Stokholm Ticarət Palatası Arbitraj Məhkəməsinə “Tashir” şirkətlər qrupunun sahibi Samvel Karapetyan, onun həyat yoldaşı Eteri Karapetyan, oğlu Sarkis Karapetyan və qardaşı Karen Karapetyan tərəfindən yaradılmış “Liormand Holdings Limited” şirkəti müraciət edib”, - deyə qəzet bildirir.
Musavat.com
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ