Onlayn ictimai-siyasi qəzet
"Harada görünmək lazımdırsa, ora gedirəm. Zaman dəyişdi, hər şey fərqli oldu. Bizim də təməlimiz başqa cür qoyulub. Bunu nəzərə alaraq, bilməliyik ki, hansı verilişə kiminlə çıxırıq".
Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Samirə ƏliMəryəm deyib. Son illər verilişlərə az gedən ifaçı bunun səbəbindən danışıb. O bildirib ki, proqramlardakı dəyişikliklər onu təəccübləndirmir:
"Bu da zamanın formatıdır. Məcbur bunu edirlər. Bizim vaxtımızda təqdimat, suallar fərqli idi. Biz o təqdimata öyrəşmişik, indiki ilə uyğunlaşmırıq".
Samirə son vaxtlar hər kəsin tənqid etdiyi "bayağı mahnı"lardan söz açıb:
"Bu, təkcə Azərbaycanda deyil, qlobal problemdir. Musiqi insanlara başqa formatda təqdim edilir. Uyğunlaşmasaq da, zamanın nəbzi ilə gedirik. Çərçivəni keçməmək şərti ilə zamanla uyğunlaşırıq".
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ