İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkənin prezidenti barədə HƏBS QƏRARI VERİLDİ

Bosniya və Herseqovina Prokurorluğu Serb Respublikasının prezidenti Milorad Dodik, baş nazir Radovan Vişkoviç və Xalq Məclisinin sədri Nenad Stevandiçin həbsinə göstəriş verib. Bu barədə Bosniya Dövlət Təhlükəsizlik və İstintaq Agentliyinə (SIPA) müvafiq sərəncam təqdim edilib.

Musavat.com xəbər verir ki, bu barədə "Avaz" portalı məlumat yayıb.

SIPA-nın mətbuat katibi Yelena Miovçiç bildirib ki, həbs əmri artıq agentliyə daxil olub.

"Bu, onların əmri, xidməti yazışmasıdır. Bu mərhələdə əlavə şərh verə bilmərəm", - Miovçiç şərh edib.

“Fokus” nəşri baş nazirin ofisinə istinadən yazır ki, rəsmi şəxslər konstitusiya quruluşuna qarşı çıxmaqda ittiham olunurlar.

"Dodik, Stevandiç və Vişkoviç həbs olunmasa, Bosniya və Herseqovinada onları istənilən polis bölməsinin həbs edə biləcəyi daxili order veriləcək", - ofisin açıqlamasında deyilir.

Daxili order əsasında həbs baş tutmasa, İnterpol və ya beynəlxalq həbs orderi qüvvəyə minəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR