İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkələrə BÖYÜK ŞOK - Kəşfiyyat məlumatları Baydenin əlində imiş

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Co Baydenin əvvəlki şəxsi ofisində onun vitse-prezident olduğu vaxta aid məxfi sənədlər tapılıb.

Musavat.com-un xəbərinə görə, ABŞ liderinin müşavirlərindən biri olan Riçard Sauber qeyd edib ki, Baydenin təsis etdiyi Penn Bayden Mərkəzindəki şəxsi ofisində 2009-2017-ci illərdə vitse-prezidentlik dövründən qalan “məxfi məlumatları ehtiva edən bir neçə sənəd” var.

Sənədlərin 2 noyabr 2022-ci ildə kilidli kabinetdə tapıldığını deyən müşavir Baydenin şəxsi vəkillərinin vəziyyətlə bağlı Ağ Ev və milli arxivlərlə bağlı dövlət qurumları ilə əlaqə saxladığını bildirib. Ağ Ev rəsmiləri Ədliyyə Nazirliyinin sözügedən sənədləri araşdırdığını açıqlayıb.

Amerikanın CNN televiziyasına danışan mənbələr bildirib ki, Baydenin ofisində tapılan 10 gizli sənəddə 2013-2016-cı illərdə hazırlanmış Britaniya, İran və Ukrayna ilə bağlı kəşfiyyat mətnləri yer alıb.

Keçmiş prezident Donald Tramp özünün TruthSocial adlı sosial şəbəkəsində “FTB Baydenin evinə, hətta Ağ Evə nə vaxt basqın edəcək?” - deyə paylaşım edib.

Xatırladaq ki, Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri avqustun 8-də Trampın Palm-Beachdəki malikanəsində axtarış zamanı məxfi sənədləri tapdıqdan sonra prezident Co Bayden “kimsə necə belə məsuliyyətsiz ola bilər?!” şərhini vermişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR