Onlayn ictimai-siyasi qəzet
Meksikanın paytaxtı və dünyanın ən böyük meqapolislərindən biri olan Mexiko şəhəri fəlakətin astanasındadır.
Ekspertlər xəbərdarlıq ediblər ki, iyunun sonuna qədər aqlomerasiya ciddi içməli su çatışmazlığı ilə üzləşə bilər ki, bu da 8,8 milyon insanı susuz qoyacaq.
Dünya Təbii Sərvətlər İnstitutunun mütəxəssislərinin fikrincə, Mexiko su böhranı yaşayan ilk şəhər deyil və sonuncu da olmayacaq.
Qlobal istiləşmə atmosferdə suyun təbii dövranını pozur və bu, anormal dərəcədə az yağıntıya və uzun müddət quraqlığa səbəb olur.
Mexiko ilə yanaşı, aşağıdakı şəhərlər da yaxın gələcəkdə içməli su çatışmazlığı ilə üzləşə bilərlər:
- 33 milyon əhalisi olan Dehli (Hindistan);
- 21,5 milyon əhalisi olan Pekin (Çin);
- 14 milyon əhalisi olan Lahor (Pakistan);
- 10,6 milyon əhalisi olan Cakarta (İndoneziya);
- 9,5 milyon əhalisi olan Qahirə (Misir);
- 7,1 milyon nəfər əhalisi olan Boqota (Kolumbiya);
- 5,5 milyon əhalisi olan Yohannesburq (Cənubi Afrika);
- 3,3 milyon əhalisi olan Əl-Küveyt (Küveyt);
- 2,4 milyon əhalisi olan Beyrut (Livan);
- 1,7 milyon əhalisi olan Maskat (Oman);
- 235 min nəfər əhalisi olan Limassol (Kipr).//Oxu.az
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ