İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədən Ukraynaya BÖYÜK DƏSTƏK

Danimarka Rusiya hücumu başlayandan bəri Ukraynaya ən böyük hərbi yardım paketini açıqlayıb. Paketin dəyəri 5,8 milyard Danimarka kronu və ya təxminən 833 milyon dollar təşkil edəcək.

Danimarkanın Müdafiə Nazirliyinin öz saytında yaydığı məlumata görə, vəsait Ukrayna fondundan ayrılır və əsasə tankların, piyadaların döyüş maşınlarının və zenit silahlarının alınmasına sərf olunacaq.

"Ukraynanın Rusiyanın işğalından müdafiəsini davam etdirməsi üçün Danimarka kimi ölkələrin ona maliyyə və hərbi dəstək verməyə davam etməsi mütləq lazımdır. Bu gün Danimarka Ukraynaya dəstək vermək üçün ən böyük iqtisadi töhfəni verir", - müdafiə naziri Troels Lund Poulsen deyib.

Ölkənin xarici işlər naziri Lars Lökke Rasmussen isə ölkəsinin Ukraynaya yardımın yeni mərhələsinə keçdiyini deyib: “Bu gün bu paket sayəsində biz yeni mərhələyə keçirik. Danimarka Müdafiə Nazirliyinin ehtiyatları bir il yarım müharibədən sonra demək olar ki, tükənib, ona görə də biz hazırda Ukraynanın təcili ehtiyaclarını burada və indi ödəmək üçün daha məqsədyönlü birgə satınalma imkanlarını nəzərdən keçiririk”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR