İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədən Rusiyaya TƏRS ŞİLLƏ

Hələ ki, Qazaxıstan Rusiya və Özbəkistandan “qaz ittifaqı” ilə bağlı hər hansı rəsmi təklif almayıb.

Musavat.com xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyinin mətbuat xidmətinin yaydığı açıqlamada məlumat verilib.

Məlumatda qeyd olunur ki, hər iki ölkə ilə qaz sahəsində əməkdaşlıq ikitərəfli əsasda aparılır:

“Nə Rusiya, nə də Özbəkistandan rəsmi təklif daxil olub. Qeyd olunan ölkələrlə qaz sektorunda əməkdaşlıq yalnız ikitərəfli qaydada, qarşılıqlı faydalı tərəfdaşlıq formatında həyata keçirilir”.

Mətbuat xidmətinin məlumatında, həmçinin bildirilir ki, Qazaxıstan ərazisində “Orta Asiya-Mərkəz” qaz kəmərində Rusiyadan Özbəkistana qaz nəqlinə hazırlıq işləri həyata keçirilir və onların 1 oktyabra qədər yekunlaşdırılması nəzərdə tutulur.

Xatırladaq ki, Rusiya, Qazaxıstan və Özbəkistanın qaz ittifaqında birləşməsi təklifini Rusiya prezidenti Vladimir Putin 2022-ci ilin noyabrında Moskvada Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevlə görüşündə irəli sürüb. Ondan sonra aşağı ranqlı Rusiya məmurları dəfələrlə bu məsələni gündəmə gətirsələr də, nə Qazaxıstandan, nə də Özbəkistandan dəstək alıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR