Onlayn ictimai-siyasi qəzet
"Taliban" Əfqanıstanda şahmatı qadağan edib, bunun İslamın prinsiplərinə zidd olduğunu bildirib.
Musavat.com xəbər verir ki, bu barədə "Sovetskiy Sport" məlumat yayıb.
Ölkəni idarə edən hakimiyyət şahmatı qumar oyunu kimi xarakterizə edərək, bu səbəbdən onun qadağan edilməsinə qərar verib.
"On bir ay ərzində ölkədə heç bir rəsmi turnir, seminar və ya şahmatla bağlı digər tədbir keçirilməyib. Federasiyanın əksər rəsmi şəxsləri ölkəni tərk edib, bəzi vilayətlərdə isə şahmat tamamilə qadağan olunub", - Əfqanıstan Şahmat Federasiyasının keçmiş icraçı direktoru Abasin Mohibi bildirib.
Yerli şahmatçılar idman idarəsinə müraciət ediblər və orada onlara şahmatın fərman ilə qadağan edildiyi və Federasiyanın hüquqi statusunun ləğv edildiyi bildirilib.
Musavat.com
11 May 2025
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ