İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu ölkədə Qənirə Paşayeva kimi adamlar çox olsa, kürəyimiz yerə dəyməz!" - Paytaxt sakinlərindən göz yaşları

Məlum olduğu kimi, sentyabrın 28-də Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva 48 yaşında dünyasını dəyişdi. Mərhum bu gün ll Fəxri xiyabanda torpağa tapşırıldı.

Xatırladaq ki, Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. 24 sentyabrda komaya düşmüşdü. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinikanın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görülsə də, nəticəsiz qaldı.

Qənirə Paşayevanın vəfatı ilə bağlı sosial şəbəkələrdə demək olar ki, hər kəs rəhmət yazır, bu itki ilə barışa bilmir və onun gözəl əməllərini xatırlayır. Çünki cəmiyyət Qənirə xanımı hər zaman ən çətin anında anır, ondan imdad umurdu.

Qənirə Paşayeva isə heç zaman kimliyindən asılı olmayaraq ondan kömək umanları cavabsız qoymurdu. Necə deyərlər, bu dünyadan bir Qənirə Paşayeva keçdi.

Bəs Qənirə Paşayeva sıravi insanların, paytaxt sakinlərinin yaddaşında necə qalıb?

TV Müsavat-ın əməkdaşı bununla bağlı Bakı sakinləri arasında videosorğu keçirib.

Hazırladığımız reportajı təqdim edirik:

Xalidə Gəray,
Rafət Şahbazov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR