Onlayn ictimai-siyasi qəzet
"Çin və Əfqanıstanın digər dostları Əfqanıstanın qadınlara qarşı son siyasət və tədbirlərindən narahatdır".
Musavat.com xəbər verir ki, bu sözləri Çinin xarici işlər naziri Çin Qanq Özbəkistanın Səmərqənd şəhərində keçirilən regional sammitdə çıxışı zamanı deyib.
Bununla belə, o, ölkədə yeganə problemin qadın hüquqları problemi olmadığını da ifadə edib.
“Əfqanıstandakı problemləri görməzlikdən gələ bilmərik” - Qanq deyib.
Qeyd edək ki, Əfqanıstanda qadınların təhsildə iştirakı və bir çox peşələrlə məşğul olması qadağandır. Çin Taliban administrasiyası ilə dialoq aparsa da, 2021-ci ilin avqustunda ABŞ-ın xaotik şəkildə geri çəkilməsindən sonra heç bir ölkə Taliban rejimi ilə rəsmi diplomatik əlaqələr qurmayıb.
Musavat.com
08 Oktyabr 2024
07 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ