Onlayn ictimai-siyasi qəzet
Papua Yeni-Qvineyada 6,5 maqnitudalı zəlzələ olub.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.
Xidmətin verilənlərinə əsasən, yeraltı təkanlar ölkənin Yeni Britaniya adasında baş verib. Zəlzələnin ocağı 49 km dərinlikdə yerləşib. Təbiət hadisəsi yerli vaxtla 06:56-da (Bakı vaxtı ilə 00:56-də) qeydə alınıb.
Tələfat və dağıntı barədə məlumat verilməyib.
Xatırladaq ki, ötən ay Okeaniya ölkəsində baş vermiş zəlzələ nəticəsində üç nəfər ölmüşdü.
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ