İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə Ağdamın təsviri olan marka buraxıldı - FOTO

İndoneziya işğal nəticəsində dağıdılmış Ağdamın təsviri olan marka buraxıb.

Musavat.com xəbər verir ki, İndoneziyanın dövlət poçt şirkəti tərəfindən buraxılan markaların üzərində “Ağdam – Qafqazın Xirosiması” yazılıb. 

Xatırladaq ki, 1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində, əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olundu. 23 iyul 1993-cü il tarixdə Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olundu. 20 noyabr 2020-ci il tarixində atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil oldu. Bununla Ağdam şəhərinin işğalına son qoyuldu. Azərbaycan hökumətinin planlarına görə, Ağdam ölkənin dördüncü böyük şəhəri olacaq və orada 100 min nəfər yaşayacaq. 

Musavat.com 

photo_2023-11-15_23-52-02.jpg (138 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR