İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə 7 bal gücündə zəlzələ oldu

ABŞ-ın Şimali Kaliforniya sahillərində 7 bal gücündə güclü zəlzələ qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.

Zəlzələnin təsir dairəsi geniş olub; sahil boyu sakinlər və Mərkəzi Vadi bölgəsində yaşayanlar güclü titrəmələri hiss ediblər. Təhlükəsizlik məqsədilə sunami xəbərdarlığı elan olunub və sahil bölgələrində yaşayan sakinlərə ehtiyatlı olmaları tövsiyə edilib.

Hazırda hadisə ilə bağlı mümkün dağıntılar və ya zərərçəkənlər haqqında ətraflı məlumat verilməyib. Rəsmi qurumlar vəziyyəti izləməkdə davam edir.

Daha ətraflı məlumat üçün xəbərləri izləyin. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR