Onlayn ictimai-siyasi qəzet
Cənubi Koreya kiçik dronları uğurla vuran ucuz lazer silahlarının kütləvi istehsalına başlayır.
Musavat.com xəbər verir ki, bu barədə CNN ölkənin əsas silah agentliyinin bəyanatına istinadən məlumat yayıb.
“Block-I” adlanan lazer silahı “kiçik pilotsuz uçan aparatları və multikopterləri yaxın məsafədən dəqiqliklə hədəfə ala bilir. Buraxılışda silahın dəqiq dəyəri göstərilmir, lakin hər atışın təxminən 1,50 dollara başa gələcəyi bildirilir. Məlumata görə, silah görünməz və səssizdir, ayrıca döyüş sursatı tələb etmir və yalnız elektrik cərəyanı olduqda işləyə bilər.
Qeyd olunub ki, Rusiya KXDR ilə hərtərəfli strateji tərəfdaşlıq sazişi bağladıqdan sonra Cənubi Koreya Ukraynaya ölümcül silahların verilməsi imkanlarına yenidən baxmaq niyyətindədir.
Rusiya prezidenti Vladimir Putin isə Seula Kiyevi silahla təmin etməmək barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, öldürücü silahların tədarükü səhv olardı. Dövlət başçısı əlavə edib ki, bu baş verərsə, Moskva müvafiq qərarlar qəbul edəcək. Bundan əlavə, o qeyd edib ki, Cənubi Koreya Rusiyanın Şimali Koreyaya hərbi sahədə yardımından narahat olmamalıdır.
Daha sonra, iyunun 30-da KXDR Xarici İşlər Nazirliyi Şimali Atlantika Alyansını “NATO-nun Asiya versiyasını” yaratmağa çalışmaqda ittiham edib. Həmçinin, bildirilib ki, blokun Asiya-Sakit okean regionunda keçirdiyi təlimlər regionda qeyri-sabitliyə səbəb olur.
Nigar HƏSƏNLİ,
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ