İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkə Ukraynaya "Javelin" raketləri verdi

Estoniya Ukraynaya tank əleyhinə “Javelin” raketləri də daxil olmaqla, yeni hərbi yardım paketini təqdim edib.

Bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Estoniyanın dekabrda aldığı “Javelin” raketləri artıq Ukraynaya çatdırılıb.

Yardım paketinə, həmçinin pulemyotlar, atıcı silahların sursatları, müxtəlif yerüstü və su avadanlıqları daxildir.

2022-ci ildən bəri Estoniya Ukraynaya ümumilikdə təxminən 500 milyon avro və ya ümumi daxili məhsulunun təxminən 1,4 faizi həcmində hərbi yardım göstərib.//Modern.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR