İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkə RƏSMƏN TƏSDİQLƏDİ - Şəhərlərdə böyük qumarxanalar tikilir

Yaponiya hökuməti mübahisəli qərarı təsdiqləyərək ölkədə ilk kazinonun tikintisinə yaşıl işıq yandırıb.

Musavat.com xəbər verir ki, xarici turistləri ölkəyə cəlb edəcəyi gözlənilən Osakadakı kazinonun 2029-cu ildə açılması planlaşdırılır.

Osaka və Naqasaki yerli hökumətləri uzun müddətdir ki, qumarxanaların da daxil olduğu yeni kurortların tikintisi üçün razılıq əldə etmək istəyirlər. Baş nazir Fumio Kişida bildirib ki, yeni kompleks regionun inkişafına kömək edəcək və "Yaponiyanın cazibəsini dünyaya yayan turizm bazasına çevriləcək".

Osakada açılacaq kazinoda 2500 otaqlı üç hotel də yer alacaq. Yerli hökumət hər il 20 milyon yerli və xarici ziyarətçi və 8,6 milyard dollar gəlir gözləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR