İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkə nüvə arsenalını ARTIRIB - 2019-cu ildən...

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2022-ci ildə Çinin nüvə arsenalı 350 döyüş başlığından 410-a qədər artıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Çinin 2019-cu ildən bəri nüvə silahlarını artırmasını şərh edib.

O bildirib ki, Çinin üzləşdiyi ciddi təhlükəsizlik problemləri fonunda nüvə potensialını artırmaq hüququ var. Peskovun sözlərinə görə, Rusiyanın ÇXR-in addımlarından narahatlığı yoxdur:

"Bölgədə öz təhlükəsizliyi üçün çox ciddi problemlərlə üzləşən Çin məqsədəuyğun hesab etdiyi addımları atır. Bu, tamamilə bu ölkənin suveren hüququdur".

Xatırladaq ki, oktyabrın 18-də Rusiya Dövlət Duması yekdilliklə Nüvə Sınaqlarının Hərtərəfli Qadağası haqqında Müqavilənin ratifikasiyasını ləğv edən qanunu qəbul edib. Bu gün, oktyabrın 25-də Federasiya Şurası müvafiq qanunu təsdiqləyib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR