Onlayn ictimai-siyasi qəzet
Argentina İnterpoldan İranın daxili işlər naziri Əhməd Vəhidini 1994-cü ildə Buenos-Ayresdəki yəhudi mərkəzinə edilən bombalı hücuma görə həbs etməsini istəyib.
Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Argentina Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Vahidi hazırda Pakistan və Şri-Lankaya səfər edən Tehran nümayəndə heyətinin tərkibindədir və Argentinanın tələbi ilə İnterpol onun həbsi ilə bağlı qırmızı xəbərdarlıq edib.
Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Argentina 1994-cü ildə 85 nəfərin ölümünə səbəb olan AMİA (yəhudi mədəniyyət mərkəzi) hücumuna görə məsuliyyət daşıyan və hələ də cəzasız olaraq vəzifələrini davam etdirən şəxslərin beynəlxalq səviyyədə həbsini tələb edir”.
Argentina daha əvvəl bəyan edib ki, İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş yüksək rütbəli üzvü Əhməd Vahidi AMİA-ya bombalı hücumu planlaşdıranlardan biri olub.
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ