İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkə F-35-lərlə bağlı HƏRƏKƏTƏ KEÇDİ - 2028-ci ilə qədər...

Yunan ordusu ilk etapda 20, ümumilikdə isə 40 ədəd F-35 döyüş təyyarəsi almaq üçün hazırlıqlara başlayıb.

Musavat.com xəbər verir ki, baş nazir Kiriakos Mitsotakisin rəhbərliyi ilə martın 29-da keçirilən Xarici İşlər və Müdafiə Şurasının iclasında yeni döyüş təyyarələrinin ölkənin cənubundakı Peloponnes yarımadasının şərqindəki Andravida aviabazasına yerləşdirilməsi müzakirə edilib.

Afinanın Vaşinqtona göndərdiyi məktuba hələ rəsmi cavab verilməyib, lakin Yunanıstanda mayın 21-də keçiriləcək seçkilərdən əvvəl mümkün satış qərarının alınacağı və ilk təyyarələrin 2028-ci ildə Afinaya təhvil veriləcəyi gözlənir.

Qeyd edək ki, baş nazir Mitsotakis "Parapolitika" qəzetinə bildirib ki, seçkidə birinci olarsa, Türkiyə ilə dialoqa başlaya bilərlər.

Egey və Şərqi Aralıq dənizində yeganə fikir ayrılığının dəniz yurisdiksiyasının müəyyən edilməsi olduğunu deyən Kiriakos Mitsotakis bildirib ki, suverenlik məsələləri hər hansı bir müzakirə mövzusunun xaricindədir və bu məsələlər tərəziyə qoyulmur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR