Onlayn ictimai-siyasi qəzet
Ermənistan Hindistan silahlarının ən böyük alıcısına çevrilib.
Musavat.com "Azatutyun"a istinadən xəbər verir ki, bunu Maliyyə Nazirliyinin Hindistan parlamentinə təqdim etdiyi iqtisadi hesabat sübut edir.
Qeyd olunub ki, Ermənistan “Pinaka” raket sistemlərinin və “Akaş” yer-hava raketlərinin alınması ilə bağlı müqavilələr imzaladıqdan sonra Hindistandan ən böyük silah idxalçısına çevrilib.
Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, İrəvanın 2024-2025-ci maliyyə illəri üçün Dehlidən silah və hərbi texnika almasına dair imzaladığı müqavilələrin həcmi 600 milyon dollara çatıb.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ