İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu, müharibədir: Qarabağda bir gündə 11 nəfər öldü TƏFƏRRÜATLAR CANLIda

Xəbər verdiyimiz kimi, ötən gecə 3 polis əməkdaşı yol qəzasında, 4-ü isə minaya düşərək həlak olub.

Məlum olub ki, ötən gecə Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi əraziyə gedən polis əməkdaşları - 1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu ermənilərin yerləşdirdiyi minaya düşərək həlak olublar.

Qeyd edək ki, Füzuli rayonu ərazisində DİN-in yük avtomobilinin aşması nəticəsində üç polis əməkdaşı hadisə yerində həyatını itirib, 6-sı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Son dəqiqə xəbərlərini və bütün təfərrüatları bu gün saat 13.15-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR