İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu müharibə dünya ticarətinin 40%-ni pozacaq

Tayvanın xarici işlər naziri Cozef Vu adada baş verəcək hipotetik müharibənin dünya ticarətinin 40%-nin işini pozacağını bildirib.

“Report” xəbər verir ki, o, bu barədə İspaniyanın ABC qəzetinə müsahibəsində bildirib.

Cozef Vu adanın coğrafi mövqeyinə diqqət çəkərək, dünyada daşınan yüklərin 40%-dən çoxunun Tayvan boğazından keçdiyini qeyd edib. Diplomat onu da vurğulayıb ki, Tayvanda dünyada mikrosxemlərin 60%-dən çoxu və ən qabaqcıl yarımkeçiricilərin 90%-i istehsal olunur.

“Müharibə dünya ticarətinin 40%-dən çoxunu pozacaq. Odur ki, ABŞ Tayvanın özünü müdafiə edə bilməsi üçün qoruyucu avadanlıqla təmin etmək və əsgərləri öyrətmək üçün səylərini davam etdirməlidir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR