İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu müəllimlərin əməkhaqqı artacaq - RƏSMİ

72 mindən çox müəllimin maaşına əlavə ediləcək.

Musavat.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

Nazirin sözlərinə görə, cari ilin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi başa çatdıqdan sonra ümumilikdə 72 mindən çox təhsilverənin əməkhaqqısına əlavələr ediləcək.

Emin Əmrullayev həmçinin qeyd edib ki, 2022–2025-ci illər üzrə təşkil olunmuş imtahanlarda 80 mindən çox müəllim iştirak edib:

“2025-ci ilin sentyabr ayı üzrə müəllimlərin orta aylıq əməkhaqqısı 965 manat təşkil edib. Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqısı 3 dəfəyə qədər artıb”.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR