İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu müəllimlərin attestasiyası aparılacaq

"Musiqi və incəsənət məktəblərində dərs deyən müəllimlərin attestasiyası aparılacaq".

Musavat.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, şagirdlərin musiqi və incəsənət məktəblərinə qəbulu sistemi ilə bağlı hazırlıqlar aparılır: "Eyni zamanda, hazırda musiqi və incəsənət məktəblərində dərs deyən müəllimlərin attestasiyası aparılacaq. Bu proses iki mərhələdən ibarət olacaq. Bu ilin sonuna kimi birinci mərhələnin keçirilməsi planlaşdırılır. Bununla da bir neçə ildən sonra musiqi məktəblərində peşəkar müəllimlər fəaliyyət göstərəcəklər".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR