İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu məşhurlar estetik əməliyyatların QURBANINA çevrilib - VİDEO

Son günlər plastik cərrahlar və uğursuz estetik əməliyyatlar gündəmdədir. Hətta lisenziyası ləğv olunan həkimlər də var.

Plastik əməliyyat dəbi təkcə tanınmışları deyil, sıradan insanları da gözəllik naminə qurban edib.

Məşhurlardan plastik əməliyyatın ilk qurbanı mərhum müğənni Nəzakət Məmmədova olub.

Rusiyanın Soçi şəhərində Anatoli Karol adlı plastik cərraha müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyərkən bıçağın boğazdakı şah damara dəyməsi onun ölümünə səbəb olub. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişib.

Xalq artisti Flora Kərimova da uğursuz əməliyyatın qurbanlarındandır. Onun 2021-ci ildə plastik cərrah kimi tanınan Sevinc Heydərova tərəfindən gözündən uğursuz əməliyyat olunması ilə bağlı məhkəmə işi gedir.

Plastik əməliyyat etdirən sənətçilərin siyahısına bədəninin müxtəlif yerlərində əməliyyat keçirən Aygün Kazımova da daxildir. O, dəfələrlə əməliyyat olunub. Müğənni sonuncu dəfə əməliyyat zamanı göbək dəliyi qoyulmaması ilə bağlı gündəmə gəlib.

Xalq artisti Röya dəfələrlə burun əməliyyatı etdirib. O, burnunda keçirdiyi əməliyyatın uğursuz olduğunu dəfələrlə mətbuata açıqlayıb.

Dəfələrlə əməliyyat masasına uzananlardan biri də müğənni Rəqsanədir. Müsahibələrinin birində o, üzünün həkim səhlənkarlığına qurban getdiyini bildirmişdi.

Aktrisa Mila Bekova da bir müddət öncə açıqlama yayıb ki, plastik-cərrah Ülviyyə İlyasova onu uğursuz əməliyyat edib.

Müğənni Təranə Qumralın ifaçı qızı Qumral Musayeva uğursuz plastik prosedurun qurbanı olub. Qumral "Həmin Zaur" verilişində bildirib ki, kosmetoloq onun üzünə vitamin əvəzinə botoks vurub və üzü donmağa başlayıb.

Qeyd edək ki, Türkiyədə plastik əməliyyat qurbanları arasında kişi müğənnilər də yer alır - Rafet El Roman, Hakan Peker, Fatih Ürek, Gökhan Özen, Yılmaz Morgül.

Könül İbrahim
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR