Onlayn ictimai-siyasi qəzet
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yeni direktoru kollektivə təqdim olunub..
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, avqustun 9-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə direktor təyin olunmuş Ramil Aslanov kollektivə təqdim edilib. Təqdimatda Agentliyin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov və Kollecin inzibati və pedaqoji heyəti iştirak edib.
Qeyd edək ki, Ramil Aslanov 1998-ci ildə Azərbaycan Texnologiya Universitetinin "Texnoloji maşınlar və avadanlıqlar” ixtisası üzrə bakalavriat səviyyəsini, 2000-ci ildə eyni ixtisas üzrə magistratura səviyyəsini bitirib. Hazırda həmin universitetdə doktorantura səviyyəsi üzrə təhsil alır.
R.Aslanov bu təyinatadək 2002-ci ildən etibarən Azərbaycan Texnologiya Universitetində laboratoriya müdiri, baş müəllim, bölmə rəhbəri və dekan müavini vəzifələrində çalışıb.//Sfera.az
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ