İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu kəndə gedənlərin DİQQƏTİNƏ - yol qismən açılsa da, TƏHLÜKƏ QALMAQDADIR - VİDEO

Lerik rayonunun Çayrud kəndinə gedən yol qismən bərpa olunub.

Gün ərzində yerli sakinlər və yol idarəsi tərəfindən görülən işlər nəticəsində Çayrud kəndinə gedən yol qismən bərpa olunub.

Lerik rayonunun Çayrud kəndi üzrə icra nümayəndəsi İlkin Hüseynovun sözlərinə görə, bu gün səhər saatlarından görülən işlər nəticəsində yol qismən açılıb. Amma yola düşən daşı yerindən tərpənmək mümkün olmayıb:

"Bunun üçün xüsusi texnika lazımdır. Rayon icra hakimiyyətinin müraciəti əsasında həmin texnikanın rayona gətirilməsi gözlənilir".

Qeyd edək ki, ərazidə təhlükəli vəziyyət hələ də qalmaqdadır. Buna görə də ərazidə təhlükəsizlik tədbirləri görmək üçün polis növbəli xidmət aparır. (APA)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR