İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ixtisas ləğv edilir - Nazir AÇIQLADI

Azərbaycanda kolleclərdə “Müəllimlik” ixtisası mərhələli şəkildə ləğv olunacaq.

Musavat.com xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev AzTV-yə müsahibəsində məlumat verib.

Nazir qeyd edib ki, bu dəyişiklik müəllimlik peşəsinin keyfiyyətini yüksəltmək və rəqabət mühitini gücləndirmək məqsədi daşıyır.

Onun sözlərinə görə, hazırda kimya, fizika, biologiya və riyaziyyat kimi fənlərin müəllimləri yalnız ali təhsil müəssisələrində hazırlanır. Kolleclər isə əsasən ibtidai sinif, musiqi və təsviri incəsənət müəllimlərinin yetişdirilməsi ilə məşğuldur.

Nazirin sözlərinə əsasən, gələcəkdə kolleclərdə ibtidai sinif və məktəbəqədər təhsil üzrə müəllim hazırlığına da məhdudiyyətlər tətbiq ediləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR