İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu insanlar hər zaman gənc və gözəldir - Yaşından cavan görünən 3 BÜRC

Cəmiyyətdə bürclərin xarakter xüsusiyyətləri üzərində təsiri qəbul olunsa da fiziki özəlliklər üçün bu bir o qədər də keçərli hesab olunmur.

Araşdırmalar isə müəyyən edib ki, bürclər insanların saç uzunluğundan, dəri tipindən, göz və qaş rəngindən tutmuş boyunun hündürlüyünə qədər bir çox fiziki keyfiyyətlərində özünü göstərir.

BAKU.WS mütəxəssis astroloqların araşdırmalarına istinadən hər zaman yaşından gənc görünən bürcləri sizlərə təqdim edir:

Araşdırmalara əsasın zodyak aləminin ən uzunömürlü bürcləri sayılan Buğaların gənc görünmə sirləri onların həzz almaq qabiliyyətlərinin yüksək olmasından irəli gəlir.

Yəni həzz almağı sevən Buğalar ömürləri boyu özlərinə yaxşı baxırlar. Elə buna görə də daima yaşlarından daha gənc görünürlər. Kənardan soyuq və aqressiv görünən Buğaların əslində əyləncəli bir çox yönü var.

Buğa qədər olmasalar da Tərəzilərin də qazancı özlərinə qulluğa gedir. Tərəzilər estetik əməliyyatlara və qırışların qarşısını alan kremlərdən çox istifadə etməyə olduqca düşkündürlər. Bu da Tərəzilərin gənclik sirrlərini açığa çıxardır.

Nə Buğalar qədər uzun yaşayan, nə də Tərəzilər qədər estetik prosedurlar etdirən Əkizlər bu məsələdə doğuşdan şanslıdırlar.

Başqa sözlə desək, Əkizlər gənc və gözəl görüntülərini genetikalarına borcludurlar. Başqalarına nisbətən uzun və incə bədən quruluşuna sahib olan Əkizlər gec yaşlanırlar. Üz xəttləri də asan-asan qırışmır, bu da onları cavan göstərir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR