İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il günəş enerjisinə sərmayələr yarım trilyon dollara çatacaq

Günəş enerjisinə qlobal investisiyanın 2024-cü ilin yekununda 500 milyard dollara çatacağı gözlənilir.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Yeni Dehlidə keçirilən Beynəlxalq Günəş Alyansının 7-ci Baş Assambleyasında çıxış edən Hindistanın yeni və bərpa olunan enerji üzrə naziri Pralhad Coşi deyib.

Onun sözlərinə görə, qlobal günəş enerjisi sektorunun 2024-cü ildə təqribən 2 teravat quraşdırılmış gücə çatacağı gözlənilir: “2023-cü ildə günəş enerjisi qlobal elektrik enerjisinin 5,5 faizini təşkil edib və onun enerji kompleksindəki rolu sürətlə artır. Günəş enerjisinə qlobal sərmayə 2018-ci ildəki 144 milyard dollardan 2023-cü ildə 393 milyard dollara yüksəlib və 2024-cü ilin sonuna qədər 500 milyard dollara çatacağı gözlənilir”.

Beynəlxalq Günəş Alyansının sədri vəzifəsini də icra edən Hindistanlı nazirin sözlərinə görə, “günəş enerjisi indi bir çox regionlarda hətta kömür və qazı da keçərək ən əlverişli elektrik enerjisi mənbəyinə çevrilib”.

Hindistanın baş naziri Narendra Modi 2015-ci ildə günəş enerjisini inkişaf etdirmək üçün ölkələr ittifaqının yaradılmasını təklif edib. Üç il sonra Beynəlxalq Günəş Alyansı yaradıldı. Onun yaradılması yüzdən çox ölkə tərəfindən dəstəkləndi, onların əksəriyyəti ekvatorun cənubunda və şimalında tropiklərdə yerləşir. Alyansın qərargahı Hindistanın Haryana əyalətinin Qurqaon şəhərindədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR