Onlayn ictimai-siyasi qəzet
Bütün Yer kürəsi ardıcıl 4 gün davam edəcək maqnit qasırğası ilə əhatə olunacaq.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 4 günlük maqnit qasırğası oktyabrın 11-də başlayıb. 4 bal gücündə qasırğa (yüngül hesab olunur) oktyabrın 14-dək davam edəcək.
Növbəti maqnit qasırğası oktyabrın 23-26-sı və 28-də gözlənilir.
Çox vaxt belə günlərdə insanlar sağlamlıqlarının pisləşməsindən, baş ağrılarından, konsentrasiyanın, yuxunun pozulmasından şikayətlənirlər.
Xroniki xəstəlikləri və immuniteti zəif olan insanlar risk altındadır.
Qasırğanın mənfi təsirlərini minimuma endirmək üçün sağlam həyat tərzi qaydalarına riayət edin. Belə günlərdə stressdən, ağır yüklərdən uzaq durmalısınız. Daha az yağlı, qızardılmış, duzlu və ədviyyatlı yeməklər yemək vacibdir. Bunun əvəzinə daha çox tərəvəz və meyvə yeyin, həkimlər məsləhət görürlər.
Qəhvə, siqaret və spirtdən imtina edin. Daha çox maye içmək - adi su və ya bitki çayları məsləhətdir.
Otağı mütəmadi olaraq havalandırın və ən azı qısa müddətə təmiz havada gəzməyə çalışın. Mümkünsə, günün eyni vaxtında yatın və kifayət qədər yuxu aldığınızdan əmin olun.
20 Noyabr 2024
19 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ