İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Türkiyənin nəqliyyat nazirləri Bakıda görüşdü

 

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıya səfəri zamanı Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, nazir müavini Rəhman Hümmətov və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüşüb.

Musavat.com xəbər verir ki, görüşdə Türkiyə və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi və regional ticarətin davamlılığı məsələləri müzakirə edilib.

Bu barədə Abdulkadir Uraloğlu sosial şəbəkə hesabında məlumat verib.

 

Musavat.com

Screenshot_6.png (268 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Noyabr 2024

19 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR