Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Dövlət Sərhəd Xidmətinin polkovnik rütbəli 3 hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib.
Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, “general-mayor” ali hərbi rütbəsi verilən Bəhmən Babayev hazırda Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsində xidmət göstərir.
Nəsib Mirzəyev DSX-nin Çevik Hərəkət briqadasının komandiridir. O, Vətən müharibəsində bir sıra vacib əməliyyatlarda iştirak edib və müharibədən sonra “Zəfər” ordeni ilə təltif edilib.
Əyyub Məmmədov isə hazırda DSX-nin Kadrlar Baş İdarəsinin rəisidir.
Fotoda Bəhmən Babayev
Fotoda Nəsib Mirzəyev
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ