İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün bütün dünyada “Qarabağ”dan danışılacaq

9 il öncəki yeyilən haqqımız bərpa olunur

Azərbaycan futbolu bu gün indiyə qədər olan tarixinin ən vacib oyununa çıxır. Ağdam komandası Avropa Liqasının qrup mərhəsində sonuncu oyununu keçirəcək. Rəqib İsveçin “Hekken" klubudur. Əgər komandamız bu oyunda qalib gələrsə, digər oyunun- “Bayer” (Almaniya) - “Molde” (Norveç) oyununun nəticəsindən asılı olmayaraq 1/16 finala vəsiqə qazanacaq. Bu isə Azərbaycan futbol tarixində bir ilk olacaq.

Qeyd edək ki, “Qarabağ” bir kərə qrupdan çıxmağa çox yaxın olub. Lakin o zaman hakimin səhvinin qurbanına çevrilmişdi. Belə ki, 2014-cü il dekabrın 11-də "Qarabağ" - "İnter" matçının 90+4-cü dəqiqəsində Riçard Almeydanın vurduğu qol məhz Ondrjey Pelikanın işarəsindən sonra sayılmamışdı. Pelikan həmin vaxt ofsayd olduğunu bildirib. Nəticədə, baş hakim Miroslav Zelinka qolu ləğv edib və oyun 0:0 hesablı heç-heçə ilə nəticələnib. "Qarabağ"ın şikayətindən sonra hakimlər briqadasının cəzalandırılacağı gözlənilirdi. Lakin bu baş verməmişdi

Fotbulumuzun imperatoru sayılan, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunla bağlı mətbuat konfransı keçirib.     

Əfsanəvi məşqçi xatırladıb ki, komandası bu il avrokubokda son qrup matçına çıxacaq və bu, onlar üçün vacib oyundur: "Futbolçularımız oyuna hazırdır. Rəqib düşərgəsindən olan şərhlərə baxanda görürsən ki, onlar da matça ciddi hazırlaşıblar və turniri xalsız tərk etmək istəmirlər. Bizə qarşı nəticə qazanmaq istəyən komanda oynayacaq".

O bildirib ki, bu mənada komandası görüşə taktiki və psixoloji cəhətdən hazır olmalıdır.

"Qarabağ" tarixində ilk dəfə Avropa Liqasına pley-off mərhələsinə çıxa bilər. Hansı hissləri keçirirsiniz?" sualına cavab olaraq Q.Qurbanov deyib: 

"Biz ilk dəfə deyil ki, belə bir şans qazanırıq. Elə olub ki, son saniyələrdə qolumuz qeydə alınmayıb. Futbolçuların istəyi böyükdür. Və təkcə onlar üçün deyil, bütün futbol ictimaiyyətinin istəyi belədir. Bu görüşə mümkün qədər soyuqqanlı yanaşmaq lazımdır. Düzgün və səhvsiz oyunla şansımızı reallaşdırmalıyıq. İnanıram ki, komanda qarşıya qoyulan vəzifənin öhdəsindən gələcək".

Mərkəz müdafiəçisi Kevin Medinanın yoxluğuna və cinah müdafiəçisi Marko Veşoviçin qarşıdakı matça nə dərəcədə hazır olması ilə bağlı məsələyə toxunan mütəxəssis bildirib: "Hamısını meydanda görmək istərdim. Qrupda ikinci olmaq kimi şansımızın yarandığı oyunda bütün futbolçular meydanda olmağa layiqdirlər. Medina əməliyyat olundu (Finlandiyada - red.). O, hətta Bakıda da olmayacaq. Mən onunla danışdım. Mənə dedi ki, bizimlədir. Amma bu gün biz oyun haqqında düşünməliyik və əgər problemlər varsa, onları necə düzəltmək barədə fikirləşməliyik. İnanıram ki, itkilərin öhdəsindən gələcəyik. İlk dəfə deyil ki, belə halla qarşılaşırıq. Medinaya cansağlığı və tezliklə komandaya qayıtmasını arzulayıram. Veşoviçin vəziyyəti isə normaldır. Hər şey yaxşı olarsa, əminəm ki, o, matçda bizimlə olacaq".

Q.Qurbanov son günlər Bakıya yağan yağış səbəbindən oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun ot ortüyünün durumuna da toxunub: "Bakıda tez-tez güclü yağış yağmır. Mən sadəcə qazona baxdım, hər şey yaxşıdır. Qazon yaxşı oyun üçün şərait yaradır (gülür). Yaxşı futbol nümayiş etdirməyimizə heç nə mane olmamalıdır".

"Bizi çox vacib oyun gözləyir. Tam hazırıq. Rəqibi də analiz etmişik. Əlimizdən gələni edəcəyik ki, oyunu və qrupu yaxşı nəticə ilə bitirək".

QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Marko Yankoviç UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu 6-cı turunda sabah "Hekken"lə (İsveç) Bakıda keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Monteneqrolu yarımmüdafiəçi bir neçə gündür davam edən qeyri-sabit hava şəraitinin onların oyununa təsir göstərməyəcəyini bildirib: "Hava şəraiti bizim üçün problem yaratmaz. İnanmıram ki, yağış kiməsə problem yaratsın. Buna öyrəşmişik. Yaxşı fürsətimiz var. Hamı bacarığını göstərmək istəyir".

Yankoviç hələlik pley-off haqda düşünmədiklərini qeyd edib: "Öncə biz qalib gəlməli və Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmalıyıq. Ondan sonra növbəti rəqib haqda danışa bilərik. Əgər komanda düzgün hazırlıq, motivasiya keçsə hər rəqibə qarşı oynaya bilərik. Bizim bu keyfiyyətimiz var".

Oxu.az - Kənan Məstəliyev: “Bu onu göstərir ki, ermənilər hələ də sülh  istəmirlər” - VİDEO

 Kənan Məstəliyev

Rekord.az-ın baş redaktoru Kənan Məstəliyev qeyd etdi ki, “Qarabağ” yeni bir tarixin astanasında çox vacib matça çıxır: “Rəqib haqqında fikirlər birmənalı deyil. Əksəriyyət qonaq komandanın zəif olduğunu və təmsilçimizin rahat qələbə qazanacağını düşünür. Qrup mərhələsinin gedişatı və hazırkı turnir cədvəlinə baxanda təbii ki, ağıla məhz belə fərziyyələr gəlir. Haqsız görünmürlər, amma bir şey unudulur: bu, Avropa Liqasıdır və burda heç vaxt asan rəqib olmur. Bəli, isveçlilər bizdən zəifdir, üstəlik yarışda heç bir motivasiyaları qalmayıb, növbəti mərhələyə yüksələ bilmirlər, şansları yoxdur. Ancaq onlar həm də xalsızdırlar və yarışı sıfırla bitirməyi heç istəmirlər, qapını möhkəm çırpmaq üçün əllərindən gələni edəcəklər. Bu səbəbdən də çox təhlükəli olacaqlar. Düşünmürəm ki, bunun üçün ilk dəqiqələrdən hücuma atılsınlar, çünki bu halda “Qarabağ” onları mütləq cəzalandıracaq. “Hakken” ağıllı, təmkinli futbol nümayiş etdirən komandadır. Yəqin ki tələsməyəcək, “Qarabağ”ı yoraraq uğur qazanmağa çalışacaqlar. Diqqətli olmaq lazımdı. Qonaqlar bir top vursalar, əvəzini çıxmaq çox çətin olacaq. Ancaq Qurban Qurbanovun bu ssenariyə hazırlıqlı olacağına şübhəm yoxdur və yetirmələrinə soyuq başla, minimum səhvlə oynamağı tapşıracağını düşünürəm. Ümumi götürsək, meydan sahibi və komandanın heyəti və potensialını nəzərə alsaq, qələbəyə yaxın tərəf bizik. Düşünürəm ki, zəfər bizim tərəfdə olacaq və “Qarabağ” yeni bir tarix yazaraq ilk dəfə Avropa Liqasında qrupdan çıxacaq. Paralel oyunda “Mölde”nin xal qazanma ehtimallarını düşünə bilərik. Prinsip etibarı ilə “Bayer”in bu matçda xal itirməsi heç kimi təəccübləndirməz, çünki qrupdan 1-ci yerlə çıxmağı təmin ediblər, həftəsonu isə Bundesliqada matçları var, onu düşünə bilərlər. Ancaq öz azarkeşləri qarşısında zəif oynamağa, üstəlik, məğlubiyyətsizlik seriyalarının qırılmağına imkan verməzlər. Nə olursa-olsun, almanlar yaxşı oynacaqlar. Ola bilər ki, Xabi Alonso ehtiyat qüvvəni meydana buraxsın, ancaq bu da böyük fərq eləməyəcək, çünki onlar da özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaq, qələbə ilə töhfə vermək istəyəcəklər. İstənilən halda, “Bayer” üstün tərəfdir. “Qarabağ”ın Avropa Liqasında bundan sonrakı perspektivləri məsələsinə gəlincə, burda hər şey püşkdən asılı olacaq. Çempionlar Liqasından gələcək komandalardan zəifi düşərsə, təmsilçimizin həm onu, həm də ondan sonrakı rəqibini yenərək 1/4 finala qədər irəliləmək üçün gücü var. Bu böyük arzudur, ancaq əlçatmaz bir hədəf də deyil”.

IDMAN: Elçin Cəlilov

Elçin Cəlilov

Futbolpress.az saytının baş redaktoru Elçin Cəlilov inamlı danışdı: “Qurban Qurbanovun intizam maksimalisti olması "Hakken"lә hәssas oyunda inam verir. "Qarabağ" sadәcә tempi salmamaqla bu işi hәll edә bilәr. Tәcrübә belә mәqamlarda çox vacibdir vә bu mәsәlәdә üstünlük "süvarilәr"in tәrәfindәdir. Pley-off real görünür, ancaq orada irәlilәmәk artıq ayrı sәviyyә tәlәb edir. Burda da inam hәlledici rol oynayacaq. "Qarabağ"a tam inam var, lakin belә mәqamlar üçün daha güclü heyәt qurulmalıdır. Bunun olması üçün dә obyektiv vә subyektiv sәbәblәr var. Mәsuliyyәti bütünlüklә klubda görmürәm, futbolumuz da bu sәviyyәyә uyğunlaşmalıdır”.

Natiq Muxtarlı yazır: Avropanın səssiz işğalı - Onlar gəliblər

Natiq Muxtarlı

İdman yazarı Natiq Muxtarlı “Qarabağ”ın taleyinin öz əlində olduğunu qeyd etdi: “Qarabağ”ın taleyi öz əlindədir və hesab edirəm ki, bu şansdan maksimum yararlanacaqlar. Finlandiyada keçirilən oyun göstərdi ki, “Qarabağ” “Hakken”dən bir baş üstündür. Amma heç bir halda rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Düşünürəm ki, futbolçular bu oyunun məsuliyyətini dərk edirlər. Sadəcə meydana çıxıb “Qarabağ”a xas olan ənənəvi oyun tərzini nümayiş etdirmək qalır. “Hakken” bu sistemin qarşısında tab gətirə bilməz. Bu tip qarşılaşmalar “Qarabağ”ın futbolçuları üçün “birnəfəsə keçirilən oyun” olmalıdır. Qurban Qurbanovun sistemi bəllidir. Bu oyunla bağlı isə məşqçilər korpusunun üzərinə yalnız bir yük düşür: futbolçuları arxayınlıq sindromundan xilas etmək, rəqibə saymazyana münasibət göstərməkdən çəkindirmək. Belə boşluq buraxan hər bir komanda cəzalanır, gücündən asılı olmayaraq. “Qarabağ” üçün ən çətin oyun Norveçdə oldu. Çətin duruma düşmələrinə baxmayaraq, bu təzyiqin öhdəsindən gəldilər. Bakıdakı oyun daha rahat olacaq. Amma bu o demək deyil ki, qələbə asan əldə ediləcək. Finlər Bakıya gəzməyə yox, futbol oynamağa gəlirlər. Onlar qrupu xalsız başa vurmaq istəmirlər. Ona görə də, müqavimət göstərəcəklər. Amma “atlar” meydanda heç bir boşluq verməsələr, öz oyunlarını nümayiş etdirsələr, “Hakken”in müqaviməti heç nəyə yaramayacaq. Hava şəraitinə görə də narahat olmağa dəyməz. “Qarabağ” Norveçdə sübut etdi ki, istənilən hava şəraitində, hətta gecə yarısı da oynamağa qadirdir. Komanda fiziki cəhətdən hazır olursa, hava şəraitinin elə bir önəmi qalmır. Sabah azarkeşlər də tarixi uğura şahidlik etmək üçün stadionu dolduracaq. Ümid edək ki, bu amil “Qarabağ” üçün təzyiq yox, dəstək olacaq”.

Cavanşir ABBASLI,

“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR