İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gecə gözünüz GÖYDƏ OLSUN - Bakı vaxtı ilə saat...

5-6 mayda “Eta-Akvarid” adlı meteor yağışı olacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Musavat.com-a verilən məlumata görə, “Eta-Akvarid” orta səviyyədən yuxarı meteor yağışıdır. İntensiv meteor axını (saatda 50-yə qədər) əsasən Cənub yarımkürəsində müşahidə olunacaq. Şimal yarımkürəsində isə təxminən saatda 30 meteor müşahidə ediləcək.

“Eta-Akvarid” meteor yağışı Halley kometinin qalıqları tərəfindən əmələ gəlir. Yağış hər il aprelin 19-dan mayın 28-dək davam edir. Bu il mayın 5-i gecə və 6-sı səhər saatlarında pik həddə çatacaq. Meteor axını Dolça bürcündən başlayacaq və səmanın hər yerində görünəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR