Onlayn ictimai-siyasi qəzet
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Şərur rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri reyd zamanı Şərur rayonu Xətai kənd sakini fiziki şəxs Əhmədov Rövşən İsmayıl oğlu tərəfindən ölmüş, istehlaka yararsız 59 kiloqram iribuynuzlu heyvan cəmdəyinin satışa çıxarılmasının qarşısı alınıb.
Agentlikdən bildirilib ki, orqanoleptik müayinələr zamanı heyvan cəmdəyinin insan istehlakı üçün yararsız olduğu müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, ölmüş heyvan cəmdəyi məhv olunub.
02 May 2025
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ