İlqar Mikayıloğlu aparıcısı olduğu “Günə bax” verilişində “Miss Türkiyə 2024”ün qalibi olan İdil Bilgeni təhqir edib.
Müğənni Mehin Hümbətova qalmaqallı məsələyə sosial şəbəkə hesabında münasibət bildirib.
Mehin İlqarın bu hərəkətini sərt şəkildə tənqid edib:
“Çox təəssüf edirəm! Bir xanımı görünüşü ilə bağlı bu dərəcədə aşağılamağı İqar bəyə yaraşdırmadım. Televiziya sahəsində bu qədər təcrübəsi olan biri gündəm xatirinə belə danışmamalıdır”.
Qeyd edək ki, İ.Mikayıloğlu İ.Bilgenin ünvanına “Bu şəxsə kim gözəl deyə bilər? Çənəsi daha çox yer şumlamaq üçün nəzərdə tutulmuş şəxsin Türkiyədə gözəllik yarışmasının qalibi olması təəccüblüdür... ” sözlərini dilə gətirib.//Olay.az
ŞƏRHLƏRŞƏRH YAZ