Onlayn ictimai-siyasi qəzet
Dünyanın ən qeybətcil bürcləri məlum olub.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, araşdırmalar nəticəsində ən çox dedi-qodu edən 3 bürc müəyyən edilib.
İlk sırada xərçəng bürcündən olan insanlar yer alır. İnsanları çox asanlıqla manipulyasiya edən xərçənglər səmimi görüntülərinin arxasında dedi-qodu sevdalısı olaraq bilinirlər.
Astroloqlar dedi-qoduya həvəsli olan ikinci bürc kimi qız bürclərini qeyd edirlər. Şirin, sakit və cazibədar şəkildə dedi-qodu edən qız bürcünün insanlarına sirr verərkən diqqətli olmaq məsləhət bilinir.
Əkizlər ən çox danışılan bürclərdən biridir. Əkizlər əldə etdikləri məlumatları dərhal paylaşmaqda ustadırlar. Biliyə sahib olmağı və biliyi paylaşmağı sevirlər. Əkizlər bürcü öyrəndiyi məlumatların üzərinə əlavə məlumatlar əlavə edərək izah etməyi xoşlayırlar.
Bundan əlavə, tədqiqatçılar Əqrəb, Tərəzi və Buğa bürcündən olan insanları yalan danışmaqda mahir olan bürclər sırasında olduqları qənaətindədirlər.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ