Onlayn ictimai-siyasi qəzet
Sentyabr ayı bəzi bürc nümayəndələri üçün maliyyə çətinlikləri ilə yadda qalacaq.
Sfera.az gələn ay qənaətə xüsusi diqqət yetirməli olan bürclərlə bağlı məlumatları təqdim edir:
Dolça - Bu bürc altında doğulanlar yenilikçi təbiətləri ilə tanınırlar. Bu ay texnoloji yeniliklərə olan maraq onları gözlənilməz xərclərə sala bilər. Xüsusilə yeni istehsal olunan texnoloji məhsul və cihazlarla bağlı tələsik hərəkət etməmələri və lüzumsuz xərclərə yol verməmələri tövsiyə olunur.
Xərçəng - Onlar üçün ev və ailə həyatı hər zaman ön plandadır. Sentyabr ayında planlaşdırılmamış ev təmiri və ya ailəyə maliyyə dəstəyi onların büdcələrinin əlavə yüklənməsinə səbəb ola bilər. Bu ayın enerjisi xərçəngləri maliyyə baxımından bir az daha diqqətli olmağa sövq edir.
Qoç - Qoçlar bu sentyabrda risk etmək üçün çox uzağa gedə bilərlər. Xüsusilə maliyyə investisiyalarında böyük qərarlar verməzdən əvvəl iki dəfə düşünməkləri faydalıdır.
Düzdür, astrologiya bu bürclərə sentyabrda maliyyə xərcləmələri ilə bağlı ehtiyyatlı olmağı təklif edir. Bununla belə, unutmaq olmaz ki, maliyyə qərarlarınızı verərkən yalnız astroloji proqnozlara arxalanmaqdansa, real qiymətləndirmə aparmaq həmişə daha etibarlıdır.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ