Onlayn ictimai-siyasi qəzet
Donetskin Çasov Yar yaşayış məntəqəsi yaxınlığında Rusiya ordusunun irəliləməsi nəticəsində Ukrayna Silahlı Qüvvələrinin bir tağım əsgəri mühasirəyə alınıb. Hərbi ekspert Andrey Maroçko bildirib. “Qoşunlarımızın uğurlu irəliləyişi zamanı ukraynalı əsgərlər Çasov Yarın cənub-şərqində əməliyyat mühasirəsinə düşüblər. İlkin məlumata görə, mühasirədə düşmənin ən azı bir tağımı ola bilər”, - Maroçko qeyd edib.
Ukrayna prezidenti Volodimir Zelenski münaqişənin həlli üçün Rusiya ilə danışıqlara başlamaq şərtini açıqlayıb. Onun sözlərinə görə, sülh danışıqlarına başlamaq üçün Rusiya 2022-ci ildə qüvvədə olan sərhədlərə qayıtmalıdır.
O hesab edir ki, bu, dialoq üçün ədalətli əsas yaradacaq. Zelenski həmçinin Ukraynada sülhməramlı qüvvələrin tərkibində Amerika hərbçilərinin olmasının zəruriliyindən danışıb və vurğulayıb ki, ölkədə yerləşən bütün sülhməramlı birləşmələrə ABŞ qoşunları daxil edilməlidir.
ABŞ prezidenti Donald Tramp Putini Ukraynada müharibəni yaxın vaxtlarda bitirməyə çağırıb. Tramp "Truth" sosial şəbəkəsində Putinə müraciətində bildirib. O, Putini xüsusi hərbi əməliyyatları dayamdırmağa çağırıb və əks halda ABŞ-nin Rusiyanın bu ölkəyə satdığı hər şeyə qarşı sanksiyalar və yüksək vergilər tətbiq edəcəyini açıqlayıb.
"Mən Rusiyaya zərər vermək istəmirəm. Radikal solçuların bütün bu uydurma“Rusiya, Rusiya, Rusiya”deyərək apardıqları kampaniyaya baxmayaraq, mən rus xalqını sevirəm və prezident Putinlə həmişə yaxşı münasibətdə olmuşam. Unutmamalıyıq ki, Rusiya İkinci Dünya Müharibəsində qalib gəlməkdə bizə kömək edib, bununla yanaşı 60 milyona yaxın insan həyatını itirib. Bununla belə, iqtisadiyyatı hazırda çökməkdə olan Rusiyaya və prezident Putinə böyük bir yaxşılıq etmək niyyətindəyəm. Gəlin bu axmaq müharibəni indi dayandıraq! O, yalnız vəziyyəti daha da pisləşdirəcək. Əgər tezliklə razılığa gələ bilməsək, Rusiyanın ABŞ-yə və bu tədbirə qoşulan digər ölkələrə satdığı bütün məhsullara yüksək vergi, rüsum və sanksiyalar tətbiq etməkdən başqa yolum qalmayacaq. Bu müharibə, hansı ki, mən prezident olsaydım heç vaxt baş verməyəcəkdi, bitməlidir! Biz bunu yaxşı və ya pis şəkildə edə bilərik - amma yaxşı yol həmişə daha yaxşıdır. Razılaşma əldə etməyin vaxtı yetişib. Artıq heç bir can itkisi olmamalıdır", - deyə Tramp Putinə müraciətində yazıb.
TVMusavat-ın bu gün saat 11:30-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Qədir Aslanla Trampın açıqlamalarını müzakirə edir.
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ