Onlayn ictimai-siyasi qəzet
Bakı Təşəbbüs Qrupunun hərtərəfli və uğurlu fəaliyyəti nəticəsində müstəmləkələkəçilikdən əziyyət çəkən regionlardakı real vəziyyət barədə dünya ictimaiyyətinin məlumatlılığı ardıcıl olaraq artıb və artırmaqda davam edir.
“Report” xəbər verir ki, bu barədə BTQ-nin icraçı direktoru Abbas Abbasovun BMT-nin müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannaməsinin həyata keçirilməsi ilə bağlı yaradılan xüsusi komitəsinin (C24) illik iclası çərçivəsində təşkilatın Nyu Yorkdakı mənzil-qərargahında keçirilən konfransın iştirakçılarına videomüraciətində deyilir.
“Təşkilatımız bərabərlik və ədalət prinsipinin qorunub saxlanması üzrə bütün haqlı fəaliyyəti bundan sonra da dəstəkləyəcək və biz insan hüquqlarının təşviqi və müdafiəsini rəhbər tutaraq müstəmləkəçiliyin aradan qaldırılmasına mühüm töhfə verəcəyimizə inanırıq. Məlum olduğu kimi, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə mübarizəyə dəstək məqsədlə artıq bir sıra beynəlxalq tədbirlər keçirilib. Burada müstəmləkəçiliyin siyasi, iqtisadi və mədəni nəticələri, müstəmləkə regionlarında insan hüquqlarının pozulması kimi məsələlər müzakirə olunub. Qeyd etmək lazımdır ki, Fransa hakimiyyətinin israrlı səylərinin nəticəsi olaraq, fransız müstəmləkəçi doktrinasının xalqların öz müqəddəratını təyinetmə hüququnu inkar etməsindən bu gün ən çox əziyyət çəkən Kanak xalqıdır. Fransa hökumətinin Yeni Kaledoniyada fundamental insan hüquqlarını kobud şəkildə pozması BMT Baş Assambleyasının müstəmləkəçiliyə qarşı qəbul etdiyi qətnamələri yerinə yetirmək üçün Fransa hökumətinin siyasi iradəsinin olmadığının bir daha sübut edir. Biz Kanak xalqı ilə tam həmrəy olduğumuzu bildirir və onların seçici elektoratının qanunsuz genişlənməsinə qarşı ədalətli mübarizəsini dəstəkləyir, həmçinin Fransa hakimiyyətindən təklif olunan düzəlişlərin ləğvini tələb edirik”, - o deyib.
A.Abbasov qeyd edib ki, Kanak xalqını və digər müstəmləkə ərazilərini müstəqillik əldə edənə qədər dəstəkləmək beynəlxalq hüquqa görə bir öhdəlikdir.
“Öz müqəddəratını təyinetmə hüququ hər bir xalq üçün fundamentaldır. Bakı Təşəbbüs Qrupu istənilən təzyiqlərə baxmayaraq, müstəmləkə ərazilərinin öz müstəqillikləri uğrunda ədalətli mübarizəsini dəstəkləməyə davam edəcək”, - o söyləyib.
“Təşkilatımız Bakı şəhərində Müstəqillik Hərəkatlarının Qurultayına ev sahibliyi etməyə hazırlaşır. Bu şərəfli tədbirdə hər birinizi görməkdən məmnun olarıq”, - BTQ-nin icraçı direktoru əlavə edib.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ