İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyalı politoloq səfirliyimizə hücumun DETALLARINI açdı

“Azərbaycanın İrandakı səfirliyinin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun şəhid olması və səfirliyin daha iki mühafizəçisinin yaralanması ilə nəticələnən hücumla bağlı çox təəssüflənirəm”.

Bu sözləri Böyük Britaniyada yaşayan tanınmış politoloq Neil Vatson Musavat.com-a açıqlamasında deyib. O qeyd edib ki, terror aktının indiki vaxtda təşkil olunması təsadüfi deyil:

photo_434562.jpg (61 KB)

“Rəsmi İran mediası qatilin şəxsi məsələlərdən qaynaqlanaraq, bu hadisəni törətdiyini iddia etsə də, əlbəttə ki, terror aktının indiki vaxtda təşkil olunması təsadüfi deyil. Belə ki, İran Azərbaycan-Ermənistan arasında sülhün yaranmasını və bunun nəticəsində Azərbaycanın gücünün artmasını istəmir. Həmçinin İran indiki daxili problemlər nəticəsində uzun illərdir hüquqlarını pozduğu güney azərbaycanlıların muxtariyyət tələb edə biləcəyindən qorxur. Buna görə də Azərbaycan-Türkiyə müttəfiqliyinə və Azərbaycanın İsraillə əməkdaşlığına qarşı təxribatlar törətməyə davam edir. Məlum olduğu kimi, Mövlud Çavuşoğlu artıq Tvitterdə yazıb: “Azərbaycan tək deyil”.

Törədilən hadisənin nəticələri potensial olaraq böyükdür və hücumun birbaşa İran dövləti ilə əlaqəli olduğunu hiss etməmək qeyri-mümkündür”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR