Onlayn ictimai-siyasi qəzet
"Fransanın Sezar artilleriya sistemlərinin erməni hərbçilərinə satılması çox təhlükəlidir”.
Bu sözləri Musavat.com-a açıqlamasında Böyük Britaniyanın tanınmış politoloq-jurnalisti Neil Vatson deyib.
Politoloq qeyd edib ki, Fransanın Ermənistana “CAESAR” markalı özüyeriyən artilleriya qurğuları və onlar üçün mərmilər satması yalnız bir səbəbdən ola bilər - sülh danışıqlarını ikitərəfli çərçivədən çıxararaq üçüncü tərəfləri birləşdirən bir çərçivəyə keçirmək.
“Bu, yalnız Ermənistan iyerarxiyasının Azərbaycanla sülhə can atmayan hissələrinə inam verməyə xidmət edə bilər ki, durğunluq davam etsin və sülh müqaviləsi yekunlaşmasın. Fransa məqsədli şəkildə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını istəmir.
Mən həmişə bu fikirdə olmuşam ki, baş nazir Paşinyan sülhə ehtiyac olduğunu başa düşür və öz əhalisinin bütün təbəqələrini Azərbaycanla sülhün və normallaşmanın yeganə yol olduğuna inandırmağa çalışır, amma digər tərəfdən də tərəddüd edir”, deyə politoloq qeyd edib.
Neil Vatson həmçinin Fransa prezidenti Makronun Cənubi Qafqazda aparıcı mövqeyə nail olmaq istədiyini vurğulayıb:
“Lakin ümid edək ki, ən pis qorxularımız reallaşmayacaq və sülh danışıqları öz sürətini davam etdirəcək”.
Xalidə Gəray
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ