İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyalı nazir: “Britaniya və Türkiyə əvəzolunmaz tərəfdaşlardır”

Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti bu gün Türkiyənin Britaniyadakı səfiri Osman Koray Ertaş ilə görüşüb.

APA-nın Britaniya bürosunun xəbərinə görə, nazir bu barədə özünün Tviter səhifəsində yazıb.

Nazir bildirib ki, Böyük Britaniya və Türkiyə regional təhlükəsizliyi qorumaq, terrorizmlə mübarizə və iki xalq arasında iqtisadi əlaqələri gücləndirmək üçün sıx əməkdaşlıq edən əvəzolunmaz tərəfdaşlardır.

“NATO müttəfiqləri və dostlar olaraq Türkiyənin Böyük Britaniyadakı yeni səfiri ilə ümumi prioritetlərimizi müzakirə etməkdən məmnunuq”,- deyə Leo Dokerti qeyd edib.

Qeyd edək ki, Türkiyənin Britaniyadakı səfiri Osman Koray Ertaş vəzifəsini icra etməyə mart ayında başlayıb.


Aytən Abbaslı

APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR